Könüllü Audit

marağı olan tərəfin və ya tərəflərin sifarişi ilə-belə yoxlamanın qanunvericilik baxımından məcburi olmadığı hallarda – aparılan auditdir.
Köməkçi Menecer
Könüllü İşdən Çıxma Mexanizmi
OBASTAN VİKİ
Könüllü
Könüllü (Volunteer) – birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adamdır. Bu iştirak birdəfəlik və ya müntəzəm ola bilər.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Könüllü (dəqiqləşdirmə)
Könüllü (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Könüllü — Azərbaycanın Şəmkir rayonunda kənd. Könüllü — birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adam və ya adamlar. Könüllü fəaliyyət — yalnız biznеs və dövlət sеktоrunu dеyil, üçüncü sеktоru əhatə еdən fəaliyyət. Könüllü ordu — Könüllü döyüşən şəxslər.
Könüllü (Şəmkir)
Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır. 1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir. Kənddə 1093 təsərrüfat var.
Könüllü fəaliyyət
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Könüllü hesablamalar
Könüllü hesablamalar (ing. Volunteer computing) – təqdim olunmuş könüllü hesablama resursları əsasında paylanmış hesablamalardır. Belə hesablama sistemləri qrid bazasında yaradılır. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s. Volunteer computing What is volunteer computing?
Könüllü ordu
Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır.
Yuxarı Könüllü
Yuxarı Könüllür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Könüllü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Audit jurnalı
Audit jurnalı − sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Audit yoxlaması
Audit yoxlaması — müəssisə və ya təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditor tərəfindən maliyyə hesabatlarına dair təqdim edilmiş sənədlər əsasında aparılan audit. Audit məcburi ola bilər, yəni qanunla müəyyən edilmiş müəyyən müddətlərdə, təşəbbüskar isə müəssisə (təşkilat) rəhbərliyinin qərarı ilə həyata keçirilə bilər. Auditor mühasibat balansı məlumatlarının və müəssisənin maliyyə nəticələrinin etibarlılığını təsdiq etdikdə auditin nəticələri müsbət, təsdiq etmədikdə isə mənfi ola bilər. Auditin mərhələlərlə aparılmasının üstünlüyü ondan ibarətdir ki, müştəri cari hesabat dövrünə dair rəy almaq və cari maliyyə ilinin sonunadək dəyişikliklər etmək imkanına malikdir. müştərinin biznesinin xüsusiyyətləri təşkilati və daxili nəzarət nəzərdən keçirilən dövrdə mühüm hadisələr müştərinin fəaliyyətini tənzimləyən qanunlara uyğunluq ən böyük əməliyyatlar üçün: təsdiqedici sənədlərin yoxlanılması əməliyyatların mühasibat uçotu registrlərində və maliyyə hesabatlarında əks etdirilməsi anbarlardakı malların əhəmiyyətli qalıqlarının inventarlaşdırılmasında iştirak Audit fəaliyyəti audit təşkilatları və ayrı-ayrı auditorlar tərəfindən həyata keçirilir.
Sosial audit
Sosial audit — təşkilatın fəaliyyətini və üslubunu qiymətləndirmək, hesabat vermək, təkmilləşdirmək prosesi, bütövlükdə cəmiyyətə təsirini ölçmək vasitəsi. Sosial auditin köməyi ilə korporativ sosial məsuliyyət dərəcəsi ölçülə bilər. Keyfiyyətin idarə edilməsi və insan resurslarının inkişafı üçün əlverişli şərtləri seçmək üçün ilk növbədə təşkilat daxilində rəsmi və qeyri-rəsmi davranış qaydalarını, şirkətin fəaliyyətində maraqlı olan tərəflərin fikirlərini qiymətləndirir. Daxili maliyyə auditi kimi, sosial audit də tədqiqat meyarlarının aydın şəkildə tərtib edilməsini tələb edir: şirkət hansı nəticələrə nail olmaq istəyir, hansı ictimai qrupların onun biznesinin uğuruna təsir etməsi və onun effektivliyinin hansı göstəricilərlə ölçülməsi. == Həmçinin bax == İctimai kapital Vətəndaş cəmiyyəti Sosioiqtisadiyyat İnsan kapitalı == İstinadlar == == Ədəbiyyat == Социальный аудит: учебное пособие / Под общ. редакцией д.э.н., проф. А.А. Шулса, д.э.н. Ю.Н. Попова. – М.: Издательский дом «АТИСО», 2008.
Könüllü lenti (İsrail)
Könüllü lenti Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi veteranlarına verilən müəyyən statusu bildir İsrail hərbi lent bəzəyidir. Lent aşağıda qeyd olunan insanlara verilir: Birinci Dünya Müharibəsi illərində Birinci Dünya Müharibəsi Batalyonunda könüllü olanların hamısı. İsrail vətəndaşı və ya İsrailin daimi sakini olan və ya Fələstində daimi iqamətgahı zamanı Birinci Dünya Müharibəsi zamanı könüllü olaraq Türk ordusunda Yişuvların (milli yəhudi qurumlarının) ehtiyaclarına uyğun olaraq xidmət etmək üçün könüllü olanlar. 8/11/1944-dən əvvəl II. İkinci Dünya Müharibəsi zamanı Britaniya ordusuna könüllü gələn İsrail vətəndaşları və ya İsrailin daimi sakinləri. Əgər onlar 8/11/1944 tarixində və ya ondan sonra könüllü olmuşlarsa, onlardan ardıcıl altı ay və ya daha çox xidmət göstərmələri tələb olunur. İkinci Dünya Müharibəsi zamanı könüllü olan vətəndaşlar nişan üçün Nasist Döyüşçüsü lentini almaq hüququna malikdirlər. Bu mükafatı alan şəxs vəfat edibsə, ailə üzvü (həyat yoldaşı, oğlu, qızı, ata, ana, qardaş, bacı, nəvə, nəvə) lent tələb etmək üçün müraciət etmək hüququna malikdir və ya itmə və ya köhnəlmə halında lentin ekvivalentini. Lent - Lentin orta zolağında hər tərəfdə qırmızı, narıncı və yaşıl zolaqlar olan İsrail bayrağı göstərilir.
Ali audit qurumu
Ali audit qurumu — hökumət fəaliyyətlərinin auditini həyata keçirən müstəqil dövlət səviyyəli qurum. Əksər ali audit qurumları öz ölkələrinin mövcud qanunvericiliyə uyğun olaraq təsis edilmişdir. Ali audit qurumları dövlət vəsaitlərinin istifadəsinə nəzarət edir, dövlət maliyyə hesabatlarının keyfiyyətini və düzgünlüyünü yoxlamaqla ölkədə nəzarətin və hesabatlılığın təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının ali audit qurumu Azərbaycan Respublikasının Hesablama Palatasıdır.
Böyük dördlük (audit)
«Böyük dördlük» — dünyanın dörd ən böyük auditoriyası və konsaltinq şəbəkəsi:Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və KPMG. Tək şirkətlər deyil həmçinin beynəlxalq şirkətlər şəbəkələridir və bu şəbəkələrdəki şirkətlərin çoxu yalnız bir ölkədə fəaliyyət göstərir. == Tarixi == Əvvəllər səkkiz böyük firma təşkil edirdi və bunlar toplu olaraq "Böyük Səkkiz" adlanırdı. 1989-cu ildə «Deloitte, Haskins and Sells» и «Touche Ross» «Deloitte & Touche» (indiki «Deloitte») birleşmesini, «Ernst & Whinney» и «Arthur Young & Co» «Ernst & Young» nun birleşmesi baş verdi. 1998-ci ildə «Price Waterhouse» və «Coopers & Lybrand» в «PricewaterhouseCoopers»-a birləşdi. Nəhayət, 2002-ci ildə «Arthur Andersen» böyük müştəri axınının getməsi yaşadı, şirkət fəaliyyətini dayandırdı və «böyük səkkiz» «böyük dördlük» oldu.
Beynəlxalq audit standartları
Beynəlxalq audit standartları (BAS) (ing. International Standards on Auditing (ISA)) — audit fəaliyyəti üçün beynəlxalq peşəkar standartlar. Onlar Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən Beynəlxalq Audit və Təminat Standartları Komitəsi vasitəsilə nəşr olunur.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat, VHEMT daha çox tanınır (['viːəmənt] dinlə), ing. Voluntary Human Extinction Movement) — məqsəd, çoxalmadan imtina etməklə bəşəriyyətin könüllü şəkildə məhv olması olan beynəlxalq ictimai ekoloji hərəkatdır. Hərəkətin əsas ideyası budur ki, bəşəriyyət mövcud olmadıqda Yer kürəsinin biosferi üçün daha yaxşı olar. Bu hərəkatın tərəfdarlarına görə, insan növləri bir növ "ekzotik işğalçı"-dır, əhali nəzarətdən çıxaraq Yerin ekosisteminə, orada yaşayan heyvan və bitkilərə təhlükə yaratmağa başladı; və növlərin yalnız tamamilə yox olması Homo sapiens əşyaların təbii qaydasını və təbiətin harmoniyasını bərpa edəcəkdir. == Tarixi == Hərəkat Les Nayt tərəfindən təsis edilmişdir (təxəllüsü ing. Les U. Knight [lɛz ju naɪt] ingiliscə demək olar ki, eyni səslənir let’s unite [lɛts ˈjuˌnaɪt] — "birləşək") 1991-ci ildə Amerikanın Oreqon ştatının Portlend şəhərində. Nayt — vhemt.org saytının sahibi və hərəkatın "səsi" dir. Nayt özü hərəkati başlatmadığını iddia etsə də, ancaq adını vermişdir. Les Nayt 1970-ci illərdə Vyetnamdan qayıtdıqdan sonra Sıfır əhali artım hərəkatının üzvü oldu və 20 yaşında ikən könüllü olaraq vasektomiya (sterilizasiya) əməliyyatı ilə məşğul oldu. == Hərəkatın ideologiyası == Hərəkatın qeyri-rəsmi şüarı: "Uzun yaşayacağıq və öləcəyik!" (ing.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.